Xırdalan sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər – VİDEObackend

Xırdalan sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildən bəri köçüb yaşadıqları mənzillərinə çıxarış ala bilmirlər…

NOCOMMENT.az xəbər verir ki, söhbət Xırdalan şəhərində “Abşeron City” yaşayış kompleksində F binasında yaşayan sakinlərdən gedir.

Onlar deyirlər ki, tikinti şirkəti ilə bağladıqları müqaviləyə əsasən, mənzillərin ödənişi bitdikdən sonra çıxarışları verilməli imiş, amma ala bilmirlər.

Mənzillərin çıxarışı olmadığı üçün sakinlər yaşadıqları yerdə qeydiyyata da düşə bilmirlər.

Məsələ ilə bağlı “Abşeron city” tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, lazım olan sənədlərin tam hazır olması üçün aidiyyəti qurumlara müraciət olunub və problem yaxın zamanda həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.