Xırdalan sakinlərinə işığa görə aylıq 300 manat borc gəlib? – VİDEObackend

Xırdalan sakinlərinə işığa görə aylıq 300 manat borc gəlib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park2 yaşayış kompleksinin bir qrup sakini yüksək məbləğdə yazılan elektrik enerjisi haqlarından narazılıq edirlər.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən binalarda qaz təminatı yoxdur və sakinlər mənzillərini yalnız elektrik enerjisindən istifadə etməklə qızdırırlar. Bu isə xüsusilə qış aylarında enerji sərfiyyatının artmasına gətirib çıxarır. Lakin buna baxmayaraq, sakinlər hesab edirlər ki, hesablanan məbləğlər real istifadə ilə uyğun gəlmir.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, binalarda quraşdırılmış elektrik sayğacları “Azərişıq” ASC-yə məxsus deyil. Bunun əvəzinə, kompleks daxilində ayrıca kontrol sayğac sistemindən istifadə olunur. Bu fakt isə sakinlərdə əlavə şübhələr yaradıb və hesablamalarda şəffaflığın olmadığını düşündürür.

Kompleksin satış ofisindən “Xəzər Xəbər”ə bildirilib ki, binalara quraşdırılan sayğaclar “Azərişıq” ilə razılaşdırılsa da, onların rəsmi laboratoriya yoxlamasından keçməyib. Ehtimallar arasında sayğaclara kənar müdaxilə və elektrik enerjisi oğurluğu da istisna edilmir. Məlumat verilib ki, sakinlərin şikayətləri əsasında artıq yazıldığı iddia edilən elektrik haqları tam şəkildə araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.