Xırdalana metro xətti çəkiləcək?backend

Xırdalana metro xətti çəkiləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yeni qatarların təqdimat mərasimində deyib.

B.Məmmədov bildirib ki, ümumiyyətlə, nəqliyyat məsələlərinin həll olunması istiqamətində əsas prioritet insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir: “Hardasa metrostansiyaların inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyatın, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi əsas götürülür. Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki bu məsələlərin həllinə tam nail olmamışıq.

Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil”.