Xırdalanda 15 yaşlı yeniyetmə faciəvi şəkildə dünyasını dəyişdi – VİDEObackend

Xırdalanda 15 yaşlı yeniyetmə faciəvi şəkildə dünyasını dəyişdi – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalan şəhərində ağır bədbəxt hadisə baş verib. 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu məşğələyə getdiyi binada faciəvi şəkildə həlak olub.

NOCOMMENT.az -ın yerli bürosunun məlumatına görə, hadisə “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

İlqar Quliyev dərsə getdiyi binanın eyvanından yıxılaraq ağır xəsarətlər alıb. Yeniyetməni xilas etmək mümkün olmayıb. O, hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

***14:12

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

15 yaşında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o, hadisə yerindəcə vəfat edib.