Xırdalanda arvadını öldürən şəxs TUTULDUbackend

Xırdalanda arvadını öldürən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğundan məlumat verilib.

Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.