Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron-1”də yerləşən mənzillərin birində qeydə alınıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.