Xırdalanda mənzildən çürümüş meyit tapıldıbackend

Xırdalanda mənzildən çürümüş meyit tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Xırdalan şəhərində mənzildən meyit tapılıb.

NOCOMMENT.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 16-sı saat 16 radələrində Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanındakı binada baş verib.

Binanın 4 saylı mənzilində üzərində zorakılıq əlamətləri görünməyən çürüməyə məruz qalmış 70-80 yaşlı kişi meyiti tapılıb.

Qonşular həmin evdən bir müddətdir kəskin qoxunun gəldiyini bildiriblər.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğu araşdırmalar aparır.