Xırdalanda PARTLAYIŞ – Dağıntılar altından çıxarılanlar var – VİDEO+FOTObackend

Xırdalanda PARTLAYIŞ – Dağıntılar altından çıxarılanlar var – VİDEO+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

FHN-dən verilən məlumata görə iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir.

Hadisənin səbəbləri dəqiqləşdirilir.