E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşların Xırdalan şəhərindən paytaxtın “20 Yanvar” metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Xırdalan şəhərindən bu marşrutla yola düşən avtobusların aralıq dayanacaq məntəqələri aşağıdakılardır:
• Abşeron rayon Sukanal İdarəsi
• Heydər Əliyev prospekti, AAAF yaşayış kompleksi
• Heydər Əliyev prospekti, “Kristal Abşeron” yaşayış kompleksi
• Abşeron rayon Mədəniyyət Mərkəzi
• Xırdalan şəhər 11 nömrəli tam orta məktəb
• “20 Yanvar” metrostansiyası
• Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi)
Marşrutun fəaliyyət saatları: 06:00-dan 23:00-a qədər olacaq. Marşrut üzrə hərəkət intervalı 8-10 dəqiqə nəzərdə tutulur. Avtobuslarda ödəniş nağdsız qaydada, gedişhaqqı 0,60 AZN olaraq təyin edilib.