Xırdalandakı hadisə zamanı qonşularına kömək edən şəxsin ayağı sındıbackend

Xırdalandakı hadisə zamanı qonşularına kömək edən şəxsin ayağı sındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışdan sonra hadisə yerinə gələrək qonşularını dağıntılar altından çıxarmaq istəyən 1988-ci il təvəllüdlü Hüseynov Vasif Əbülfəz oğlu xəsarət alıb.

NOCOMMENT-in məlumatına görə, Vasif Hüseynov hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol inci sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb.