Xırdalandakı partlayışla bağlı daha bir AÇIQLAMAbackend

Xırdalandakı partlayışla bağlı daha bir AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanda ikimərtəbəli yaşayış evində baş vermiş partlayış qazın verilməsində hər hansı bir problemlə əlaqəli olmayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib.

“Gün ərzində “Azəriqaz”ın “104” qaynar xəttinə bu ərazidə qazın təzyiqi və ya dayanması ilə bağlı şikayət daxil olmayıb. Bu cür müraciətlər bizə daxil olan zaman onlar sistemdə qeyd olunur. Bunu istənilən aidiyyatı orqan yoxlaya bilər. Partlayış baş verən gün isə ərazidən bizə heç bir şikayət daxil olmayıb”, – R.Əliyev qeyd edib.

O qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yeraltı qazsızmalar “Azəriqaz”ın səlahiyyətindədir və bununla əlaqədar altı aydan bir baxış keçirilir:

“Azəriqaz” İB yalnız yeraltı qaz kəmərləri və sayğaca qədər olan kəmərlərin istismarından məsuliyət daşıyır. Sayğacdan sonra isə məsuliyyət “Azəriqaz”ın səlahiyyətində deyil. Xırdalanda hadisə baş verən ərazidə isə hər hansı bir yeraltı qaz kəməri də keçmir”.