Xirosima görüşündə “təhdid və təzyiqdən azad zona” öhdəliyibackend

Xirosima görüşündə “təhdid və təzyiqdən azad zona” öhdəliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlərinin Sammiti ikinci iş günündə davam edir. Sammit çərçivəsində Dördlü ölkələrin liderləri bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, Dördlü Təhlükəsizlik Dialoqu “Quad” ölkələri ABŞ, Avstraliya, Yaponiya və Hindistan “təhdid və təzyiqdən azad zona” yaratmağı öhdələrinə götürüb.

Görüşdə Yaponiyanın baş naziri Kişida Fumio, ABŞ prezidenti Co Bayden, Avstraliyanın baş naziri Entoni Albanese və Hindistanın baş naziri Narendra Modi iştirak ediblər.

Kişida buradakı çıxışında bölgədəki təhlükəsizlik mühitinin daha ciddi hala gəldiyini ifadə edərək, “Hüququn aliliyinə əsaslanan beynəlxalq nizam təhdid altındadır” deyə qeyd edib.

Bayden, “azad, açıq, təhlükəsiz, firavan Hind-Sakit okean vizyonunu inkişaf etdirmək” kimi təsvir etdiyi Quad missiyasının demokratiyaların imkanlarını nümayiş etdirdiyini söyləyib.

NOCOMMENT.AZ