Xızıda baş verən yanğın söndürüldübackend

Xızıda baş verən yanğın söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.