Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun meyiti işlədiyi məktəbdə aşkarlanıb.
Abşeron – Xızı Regional Təhsil İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib:
“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”.