Xızıda Qrad mərmisi tapılıb – VİDEObackend

Xızıda Qrad mərmisi tapılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızıda hərbi sursatlar tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd döyüş başlıqsız 9m22s markalı “Qrad” mərmisi və 1 ədəd döyüş tətbiqinə yararlı TAB-50 markalı aviabomba olduğu müəyyən edilib.

Hadisə yerinə FHN-in Mülki müdafiə qoşunlarının və Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da cəlb olunub.

Mərmilər XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.