Xocalı cəlladı həbsxana yolunda: Toxunulmazlığı ləğv edilirbackend

Xocalı cəlladı həbsxana yolunda: Toxunulmazlığı ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilə bilər.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistan Prokurorluğundakı mənbəyə istinadən yazır.

“Prokurorluq müxalifətdən olan deputatların toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı vəsatətin təqdim olunmaması barədə qərarın olmadığına israr etsə də , mənbələrimiz bildirir ki , yaxın vaxtlarda yeni təyin olunmuş prokuror Anna Vardapetyan bu barədə məhkəməyə müraciət edə bilər. Bu çərçivədə “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət veriləcək”, – deyə nəşr bildirib.

Toxunulmazlıqlarının ləğv ediləcəyi gözlənilən digər müxalif deputatlar isə Vahe Akopyan və Armen Çarçyandır. Yeni prokuror onların deputat toxunulmazlığından məhrum edilməsi üçün vəsatət qaldıracaq. Nəşr iddia edir ki, ilk hədəf Seyran Ohanyandır.

Deputatlara qarşı açılan cinayət işləri müxtəlif məsələlərlə bağlıdır. Toxunulmazlığı ləğv ediləcəyi halda Ohanyanın həbs olunması istisna deyil.

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının təşkilatçılarından və iştirakçılarından biridir.