Xocalı cəlladı sürünə-sürünə gəzir: Təcili Belarusa aparıldıbackend

Xocalı cəlladı sürünə-sürünə gəzir: Təcili Belarusa aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun istefada olan generalı Seyran Saroyanın səhhəti pisləşib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“General Seyran Saroyanın səhhəti pisləşib, bu yaxınlarda yenidən xaricə, bu dəfə Belarusa aparılıb. Saroyan artıq yeriyə bilmir, yalnız əlil arabasında hərəkət edir”, – deyə qəzet yazıb.

Saroyanın ayaqlarında damar probleminin olduğu, son illərdə mütəmadi olaraq xaricdə müalicə aldığı bildirilib: “Son zamanlar damar problemlərindən başqa, səhhəti ilə bağlı digər problemlər də yaranıb”.

Qeyd edək ki, Seyran Saroyan Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının iştirakçılarından və müəlliflərindən biridir.