Xocalı cəlladları Köçəryanın komandasında – Seçki siyahısı açıqlandıbackend

Xocalı cəlladları Köçəryanın komandasında – Seçki siyahısı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik edəcəyi seçki siyahısında ilk onluğa daxil olan şəxslərin adları tədricən məlum olur”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Qəzetin yazdığına görə, siyahıya Köçəryanın özü rəhbərlik edəcək, ikincisi isə Daşnaksutyun partiyası Ali Məclisinin üzvü İşxan Saqatelyan olacaq.

“Siyahıda üçüncü şəxs mütləq qadın olmalıdır. Uzun müddət tərəddüd etdikdən sonra Köçəryanın seçimi Serj Sarkisyanın Respublikaçı partiyasından onun düşərgəsinə keçid edən keçmiş ədliyyə naziri Arpina Ovannisyanın üzərinə düşüb”, – deyəqəzet bildirib.

Siyahıda ikinci qadın Daşnaksutyunun başqa bir nümayəndəsi Lilit Qalstyan olacaq. Müttəfiq Dirçələn Ermənistan partiyasının lideri Vahe Akopyan da Köçəryanın siyahısında yer alıb.

Sonrakı yerlərdə Köçəryanın keçmiş komandasının üzvləri – Armen Gevorkyan, Vahe Ovannisyan və Elinar Vardanyan tutacaq.

Siyahının ikinci onluğuna “Taşir”in sahibi, iş adamı Samvel Karapetyanın oğlu Vahe Karapetyan, keçmiş nazir Karen Çşmarityan və başqaları daxil olacaq.

Köçəryan Xocalı cəlladları – keçmiş müdafiə naziri Seyran Ohanyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova da, özünün xəyali “hökumət kabineti”ndə yer verib.