Xocalı qatilləri Azərbaycana verilə bilərbackend

Xocalı qatilləri Azərbaycana verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı Brüssel görüşü ilə bağlı maraqlı bir iddia ilə çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, iddiaya görə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyandan Birinci Qarabağ Savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onların Azərbaycana təhvil verilməsini tələb edib.

Məlumatda o da qeyd olunur ki, hətta Azərbaycan Prezidenti Şarl Mişelə bu tələbdən imtina etməyəcəyini bildirib.

“Hraparak” qəzetinin yazdığına görə, İlham Əliyevin Nikol Paşinyandan tələb etdiyi şəxslər generallar Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan və Qnel Manukyandır.

Bundan başqa, daha bir neçə polkovnik və polkovnik leytenantın da Azərbaycana təhvil verilməsini istəyib.

Qeyd edək ki, adları sadalanan erməni generallarından yalnız Qnel Makukyan 44 günlük müharibədən az sonra ölüb.
Teleqraf.com