Xocalı rayonundakı ermənilərə yardım göndərildi… – FOTObackend

Xocalı rayonundakı ermənilərə yardım göndərildi… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımının əsas ideoloq, ruhverənlərindən biri indi də torpaqlarımızda siyasət yürüdür…

“Ermənistan” adlandırılmış Qərbi Azərbaycanın Üçmiədzin şəhərindəki qədim məscidimizi zəbt etmiş “Eçmiədzin” erməni kilsəsi hüquqi-inzibati cəhətdən Xocalı rayonuna aid olan, amma separatçıların “Əskəran rayonunun İlis kəndi” adlandırdığı Qarakötük kəndindəki 5 yoxsul erməni ailəsinə yardım göndərib.

NOCOMMENT.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndindəki nəşrlərə kəndin qanunsuz rəhbəri Artur Qulyan danışıb.

Onun sözlərinə görə, bəhs edilən 5 ailədən biri çoxuşaqlı, digər 4 ailə isə son müharibə zamanı köçkün düşmüş erməni ailələridir. A.Qulyan kənddə 16 köçkünün yaşadığını bildirib. Hazırda onların qaldığı evlər təmir edilir. Qırmızı Xaç Cəmiyyəti də mütəmadi olaraq həmin ailələrə yardım göstərir…

erm-kilse-xocali-erm-yardim

P.S. Xocalı soyqırımının əsas ideoloq və ruhverənlərindən biri olan erməni kilsəsi indi də torpaqlarımızda siyasət yürüdür…