Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş pilot dünyasını dəyişdibackend

Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş pilot dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş ukraynalı pilot Leonid Kravets dünyasını dəyişib.

“NOCOMMENT” “Report”a istinadən xəbər verir ki,  bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov feysbuk hesabında yazıb.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kraveç uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu.

Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən video lentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot – Leonid Kraveçin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacayıq”, – o yazıb.