Xocalı soyqırımında iştirak edən erməni əsgərinin etirafları: Bu erməni kilsəsinin arzusu idibackend

Xocalı soyqırımında iştirak edən erməni əsgərinin etirafları: Bu erməni kilsəsinin arzusu idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni terrorçusu, 1963-ci ildə Gorusda anadan olmus Levon Saribekyanın 1998-ci ildə Argentina mətbuatına verdiyi müsahibəsindəki insan qanını damarlarda donduracaq etirafları: “Mən 1991-ci ildən Arsaxın özünü müdafiə hərbi hissələrində könüllü xidmətə başlamışam. Türklərə nifrətim hədsiz olub. Biz hamımız inanırdıq ki, hər bir türkü məhv etməliyik, fərqi yoxdur uşaqdır, böyükdür, bu, bizim bir erməni kimi borcumuzdur.

NOCOMMENT.az həmin müsahibəni təqdim edir: “1992-ci ilin fevralında biz son hazırlığımızı edirdik. Xocalını ələ keçirmək üçün Stepanakertdə (Xankəndi) hər gün xüsusi təlimlər keçirdik. Bizə kilsədəki keşişlərimiz türklərin necə murdar qaniçən olduğundan danışırdılar ki, bu da bizdə olan nifrəti daha da artırıdı.

Fevralın 20-də Zori Balayan yanımıza gəldi və bizə xeyir-dua verərək bütün türkləri qırmağın ancaq erməni xalqına səadət gətirəcəyini və gələcək böyük Ermənistanın qurulmasında mühüm rol oynayacağını dedi. Beləliklə, biz 1992-ci il fevralın 23-də Nuraguha yerləşdik. Bizdən başqa Suriyadan, Livandan, Fələstindən, Fransadan gələn ermənilər də var idi. Fevralın 25-dən 26-na keçən gecə biz Xocalıya hücuma keçdik.

Azərbaycan əsgərləri bizə müqavimət göstərirdilər. Biz qarşımza çıxan bütün evlərə hücum edirdik. Yaşından asılı olmayaraq qarşımza çıxanları öldürürdük, çalışdıqca az güllə sərf edirdik. Qorxudan müqavimət göstərməyən qadın, uşaqları avtomatların süngüləri – “ştık nojla”, balta ilə işgşəncə ilə öldürürdük. Bu, bizə xüsusi ləzzət verirdi. Öldürdüyümüz hər bir turk qisasımızın alınması demək idi. Əsirləri sıraya düzürdük və bizə qarşı döyüşənləri yerindəcə öldürürdük. Monqol iyi verən bu turk itlərini isgəncə ilə öldürüb onların çığırtısını eşitdikcə biz çox zövq alırdıq. Bizə ən zovq verən isə Suriya ermənilərinin gətirdiyi xüsusi alət idi ki, biz o alətlə türklərin kəlləsini çıxarıb ondan bəzək əşyası, siqaret ücün külqabı düzəldirdik.

Əslən Bakı erməniləri olan Lalazar Babayan və Sumbat Beybalayan sağlam olan uşaq, qadın və kişiləri seçib Stepanakertə aparıb, orada orqanlarını çıxarıb cox baha qiymətə xarici ölkələrə göndərirdilər. Biz bütün qadınları zövqlə zorlayırdıq və istədiyimiz kimi onları öldürürdük. Diri-diri yandırır, maşınlara bağlayıb sürüyürdük. Onların dişlərini sökürdük, gözlərini çıxarırdıq, qulaqlarını kəsirdik, yaralarına turşu tökürdük. Onlar qışqırıb ağladıqca biz daha da işgəncə verməyə cəhd edirdik. Ən əyləncəli türk ölümü isə diri-diri yanan zaman onların çığırtıları idi.

Bütün Xocalının küçələri murdar, iyrənc türk qanı ilə murdarlanmışdı. Biz istədiyimiz qədər türk qanı axıtmışdıq və beləcə xalqımızın qisasını bu it kökünə bağlı olan iyrənc türklərdən aldıq ki, bu da erməni kilsəsinin arzusu idi. Onlar bizə Tanrıdan xeyir-dua almışdı. Türk öldürmək günah deyildi, əksinə, böyük bir mukafat idi. Düsünürəm ki, biz bu işdə günahkar deyilik. Biz xalqımız adına olanı etmişik və bundan heç vaxt da peşiman deyilik”.

Erməni dilindən tərcümə etdi:
Azərbaycan Yəhudi Mediasının
redaktoru Aron Hanukayev