Xocalı soyqrımını törədən erməni general öldübackend

Xocalı soyqrımını törədən erməni general öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.

M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.

İkinci Qarabağ müharibəsi başlayandan sonra o, Dağlıq Qarabağa gəlmişdi, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-də Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilmişdi.

2018-ci ildə Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinmişdi. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanmışdı.