Xocalıda ermənilərin basdırdığı tələ-mina aşkarlanıbbackend

Xocalıda ermənilərin basdırdığı tələ-mina aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıda erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkarlanıb.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.