Xocalıda öldüyü düşünülən körpə məsciddə ayıldı, 32 il sonra xilaskarı ilə görüşdü… – VİDEObackend

Xocalıda öldüyü düşünülən körpə məsciddə ayıldı, 32 il sonra xilaskarı ilə görüşdü… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıda öldüyü düşünülən körpə yuyularkən ayıldı, 32 il sonra xilaskarı ilə görüşdü…

Ermənilərin 32 il əvvəl Xocalıda törətdiyi dəhşətli qətliamdan möcüzə nəticəsində az da olsa, sağ qalanlar olub.

NOCOMMENT.az TNS-a istinadla xəbər verir ki, bunlardan biri iki yaşında erməni vəhşiliyi ilə üzləşən Xocalı sakini Kübra Mahmudovadır. Onu hərbçi Əsəd Fərəcov faciənin ertəsi günü xilas edib.

Əsəd Fərəcov o günü belə xatırlayır: “Biz ertəsi gün soyqırımının törədildiyi əraziyə getdik. Hər tərəf meyitlərlə dolu idi. Heç olmasa, uşaqların meyitlərini gətirib, dəfh etməyə çalışırdıq. Donmuş bir qadının qucağında körpə qız meyiti gördüm. Onu da digər uşaqların meyiti ilə birlikdə Ağdamda məscidə gətirdik. Birdən məscidin axundu sevinə-sevinə gəldi ki, mənim gətirdiyim körpələrdən biri yuyularkən ayılıb. Buna çox sevindik. Amma o qızın sonrakı taleyindən xəbərim olmadı. Hər yerdə axtarsam da, tapa bilmədim”.

O körpə və xilaskarı faciədən 32 il sonra bir araya gəliblər. Bu zaman duyğulu anlar yaşanıb.

Həmin anın görüntülərini təqdim edirik: