Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 9 nəfər yaralanıb – FOTO – YENİLƏNİBbackend

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 9 nəfər yaralanıb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 9 nəfərdən 5-i Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır.

“Axşam saatlarında 5 nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində keçirilmiş avtoqəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. 5-nində vəziyyəti orta ağırdır. Həyatı təhlükələri yoxdur”, – Məmmədov qeyd edib.

***
22:38

Xocavənd rayonunda mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

***
21:12

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.