Xocavəndə avtomobil yolunun inşası son mərhələdədirbackend

Xocavəndə avtomobil yolunun inşası son mərhələdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq yenidənqurma işlərini son mərhələ üzrə davam etdirir.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Agentliyiə məxsus “Azəryolelmitətdiqatlayihə İnstitutu” MMC avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlayıb. Layihəyə uyğun olaraq yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına start verilib. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 km uzunluğa malik yollar, həmçinin 5,6 km Avşar, 2,9 km Salmanbəyli, 4,5 km Aşağı Avşar və 0,6 km Xocavənd kəndlərinin daxili yollarıdır.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yolun, həmçinin kəndin 5,6 km-lik daxili yollarının yenidən qurulmasına başlanılıb.