“Xocəsən” stansiyasına yeni marşrut xətti açıldıbackend

“Xocəsən” stansiyasına yeni marşrut xətti açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə NOCOMMENT.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən tarixindən fəaliyyət göstərəcək.

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.