Xorvatiya 24 rusiyalının “persona non qrata” elan edildiyini səbəbini açıqladıbackend

Xorvatiya 24 rusiyalının “persona non qrata” elan edildiyini səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (SOA) hazırladığı 2022-ci il İctimai Hesabatında Rusiyanın Zaqrebdəki səfirliyinin ötən il ölkədə persona-non-qrata elan edilmiş 24 əməkdaşının deportasiyasının səbəbi ilə bağlı izahatlar yer alıb.

NOCOMMENT.az xəbər verir ki, hesabatda 2022-ci ilin aprel ayında ölkədə persona non-qrata elan edilən və Rusiyanın Zaqrebdəki səfirliyində çalışan 18-i diplomat, 6-sı inzibati-texniki işçi olmaqla 24 nəfərin deportasiya qərarı ilə bağlı açıqlamalar verilib.

Açıqlamada “Rusiyanın Zaqrebdəki səfirliyinin 18 diplomatı və 6 inzibati-texniki əməkdaşının deportasiya edilməsinin səbəblərindən biri də bu personalın əksəriyyətinin Xorvatiyada gizli və qeyri-qanuni kəşfiyyat işi ilə məşğul olması” göstərilib.

NOCOMMENT.AZ