Xorvatiya klubu Emrelinin “Legiya”dan ayrılmasını gözləyirbackend

Xorvatiya klubu Emrelinin “Legiya”dan ayrılmasını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emrelini transfer etmək üçün onun Varşava təmsilçisi ilə məsələsini həll etməsini gözləyir.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, hazırkı qeyri-müəyyənlik Zaqreb təmsilçisinin işini çətinləşdirir.

Paytaxt təmsilçisi 25 yaşlı hücumçunun keçidinə görə yüksək təzminat məbləği ödəmək istəmir. Klub rəhbərliyi hesab edir ki, “Legiya” Emreli ilə müqaviləyə xitam versə, transfer daha ucuz başa gələ bilər.

Bildirilib ki, futbolçunun Polşa klubundan ayrılması FIFA-nın səlahiyyətində deyil. Çünki tərəflər arasında müqavilə yerli arbitarajın yurisdiksiyasına uyğun razılaşdırılıb.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb