Xosep Qvardiola antirekordunu təkrarlayıbbackend

Xosep Qvardiola antirekordunu təkrarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola antirekordunu təkrarlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu, “şəhərlilər”in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə İspaniya təmsilçisi “Real”a uduzması (2:3) ilə mümkün olub.

İspaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu mövsüm bütün turnirlərdə 12-ci dəfə uduzub. Hazırkı İngiltərə çempionu 2019/2020 mövsümündə eyni sayda məğlubiyyət almışdı.

Qeyd edək ki, “Real” və “Mançester Siti” arasında cavab qarşılaşması fevralın 19-da İspaniyada keçiriləcək.