Xoşqədəm Hidayətqızı afrikalı uşağı övladlığa götürmək arzusundan danışdı – VİDEObackend

Xoşqədəm Hidayətqızı afrikalı uşağı övladlığa götürmək arzusundan danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Afrikaya getmək çoxdankı arzum idi. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu düşünmürdüm. Təsəvvür edin ki, orada hər gün nə qədər uşaq susuzluqdan ölür. Biz Afrikada “ağıllı kənd” layihəsini bir kənd üçün düşünmüşük. Orada səkkiz su quyusu qazılacaq və kənd elektrik enerjisi ilə təmin ediləcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Diqqət efir” verilişində ARB-də yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsini icra edən “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, tikilən bulaqlara şəhidlərimizin adı veriləcək.

Xoşqədəm Hidayətqızı Afrikanı seçməsi ilə əlaqədar vətəndaşlarda yaranan suallara da aydınlıq gətirib:

“Mənə sual verirlər ki, niyə burada yox, Afrikada? Bu, məni üzdü. Mənim üçün dünyanın hansı ölkəsinin olmasının fərqi yoxdur. Əgər onları o vəziyyətdə görürəmsə və onlara yardım edəcək mərhəmətli insanlar varsa, onlara əl tutmağın nəyi pisdir? Mən dünyaya tam fərqli baxıram”.

Aparıcı həmçinin Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu da bildirib:

“Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır”.

oxu.az