Xoşqədəm Hidayətqızı danışdı: Murad Dadaşov bir qadınla savaşacaq…backend

Xoşqədəm Hidayətqızı danışdı: Murad Dadaşov bir qadınla savaşacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Xoşqədəm Hidayətqızı Xəzər televizyasından getməsi haqqında xəbərlərə reaksiya verib.

NOCOMMENT-in xəbərinə görə, teleqraf-a istinadən xəbər veri ki, Xoşqədəm Hidayətqızı kanaldan getməsinin səbəbini ilk dəfə açıqlayıb:

“Diqqətinizə çatdırım ki, 2020-ci il iyulda mənim üçün əziz olan Xəzər TV-dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı. Noyabrda çox böyük haqsızlıqla üz-üzə qaldığım vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım, bir televiziyanı sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz buna görə mən mövsüm bitənə qədər gözlədim.

İyulun 23-də veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim. Bütün dünyada olduğu kimi, mən də sezon bitəndə çalışmaq istəmədiyimi açıqladım. Təbii ki, rəhbərlik buna razılıq vermədi, mənə düşünmək üçün vaxt verdi, istəklərimin hamısını nəzərə alacağını bildirdi. Amma özüm öz istəyimlə bu qərarı verdim. Təbii ki, bir kanal üçün 3 saatlıq efir vaxtını dolduran, TV-yə böyük pullar gətirən, reytinq gətirən bir layihəni itirmək asan deyil.

Bütün dünyada bu cür ayrılmalar var, TV-lər transferlər edir, elə ən çox baxdığımız türk kanallarına diqqət edin.

Hər kəsə bəllidir ki, “Səni axtarıram” mənə aiddir, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, aparıcı alışdıgı kanalla yolların ayıranda “layihə bağlandı” və sair yazaq. Elə çox da uzağa getməyək. Murad müəllimin özünün müəllifi olduğu “Maşın Şou” Lider TV-də başladı, ATV-yə getdi, daha sonra ANS-də, sonra təkrar ATV -də layihəsini davam etdirdi. Burada nə var ki?

Əmək sərf etdiyim kanaldan ayrılmaq mənə heç də asan deyil. Əkizlərim yeni doğulmuşdu, mən Arını xəstəxanada qoyub, Tümenə yeni sezon üçün çəkilişə getdim. Dörd ayları var idi, artıq mən onları yalnız gecə işdən gələndə görürdüm. İşə başladığım kanalın o vaxtkı durumunu hər kəs çox yaxşı bilir. Düşünün, bu layihəni tamaşaçımın olmadığı bir televiziyada baxımlı etməklə yanaşı bir TV-nin reytinqini qaldırmaq, sponsorlar cəlb etmək üçün nə qədər əmək sərf etmişəm. Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox!

Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım. Xəzər TV mənim öz doğma kanalımdır, o cümlədən Murad müəllim mənim üçün çox doğmadır. Elə olmasaydı, ən şad günümü ona etibar etməzdim.

Biz hər ikimiz zəhmətimizlə bir yerlərə gəlmiş insanlarıq və rəhbərim olduğu müddətdə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq üzərində olub. Noyabrda haqsızlıqla qarşılaşanda mənə dəstək verən doğmalardan biri olub. Deməyim odur ki, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki,ona görə kanaldan gedim.

Mənim ayrılmağımın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə hec bir aidiyyəti yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil. Axı, niyə biz istər işdə, istər ailədən ayrılarkən düşmənçilik kimi anlayırıq, o tərəfə çəkirik? Elə Türkiyə televiziyalarında da bu hallar yaşanır və çox da normal qarşılanır.

Bu il Seda Sayan dostu Acun Ilıcalının kanalından ayrılıb, digər kanala keçdi. İndi düşmən olsunlar? Niyə başqa ölkələrdə bu cür ayrılmalar normal qarşılanır, biz nəsə axtarırıq?!

Nə isə, çox vaxtınızı almayım, rahat olun, Xəzər TV-dən mən özüm ayrılmışam və hazırda istirahət edirəm. Hə, yeri gəlmişkən, “Səni Axtarıram”ın sezon finalında dediyim kimi, harada olmağımdan asılı olmayaraq, hər zaman sizinləyəm. İstirahətdəyəm, icazənizlə istirahət edim, cünki istirahət mənim haqqımdır”.