Xoşqədəm Hidayətqızı söz atdı: Baxırsan, ürək bulanır… – VİDEObackend

Xoşqədəm Hidayətqızı söz atdı: Baxırsan, ürək bulanır… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Xoşqədəm Hidayətqızı ARB televiziyasında açıqlaması ilə diqqət çəkib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı həmkarlarına söz atıb: “Nə “şkaf”larda, nə də orada-burada gəzmədim. Əvvəldən bu sahəyə ictimai-siyasi, sosial axtarış proqramları ilə gəldim. Bir çox şeyləri bilmirəm. Əslində, ətrafımdan da bəllidir ki, hansı işlərlə məşğulam.

Bu gün dünyanın böyük ölkələrində layihələr edirik. Afrikada kənd tikdiririk. Yaxın günlərdə onun açılışına gedirəm. Artıq “Səni axtarıram” dünya hüdudlarında kənardan iş görür. İlklərə imza atıram. Çox istərdim ki, mənim də önümdə kimsə olsun.

2010-ci ildə necə başladımsa, o şəkildə də davam edirəm. Deyirəm ki, bu ölkədə bir proqram olsun, baxım ondan nəyisə “kopya” edim. Baxırsan, ürək bulanır, eyni konsepsiya, eyni süjet xətti, eyni söz. İnsan dəli olur, özün-özündən iyrənirsən. İstəyirəm ki, beynim düşünmədən məhsulu götürüb özümünkü edim”.