Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdırbackend

Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xudat şəhərinin mərkəzində yerləşən tikintilərin birində bədbəxt hadisə baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, tikintidə fəhlə işləyən, Bərdə rayon sakini 1985-ci il təvəllüdlü Qurbanov Nurlan Dilən oğlu tikinti materiallarını boşaldan zaman ehtiyatsızlıq nəticəsində materiallar onun üzərinə aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan N.Qurbanov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının xəsarətləri ağır olduğundan, ilkin tibbi yardım göstərilərək dərhal Bakıdakı xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.