Xüsusi karantin rejimi ləğv ediləcək? – AÇIQLAMAbackend

Xüsusi karantin rejimi ləğv ediləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il noyabrın 1-i saat 06:00-dək uzadılıb.

Yoluxma statistikasında ciddi artım olmadığına görə, bir çox ekspertlər və ictimaiyyət nümayəndələri artıq xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olmadığı haqqında fikirlər səsləndirirlər. Hətta bu yaxınlarda Azərbaycanın səhiyyə naziri Teymur Musayev pandemiyanın yekunlaşmaq üzrə olduğunu deyərək, əhaliyə xoş xəbəri çatdırıb.

Nazirin açıqlamasında belə qənaətə gəlmək olar ki, pandemiya dövrü bitirsə, artıq xüsusi karantin rejiminin müddətinin uzadılmasına ehtiyac qalmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-adanışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev düşünür ki, noyabrın 1-dən sonra xüsusi karantin rejiminin tamamilə ləğv edilməsi haqqında fikir söyləmək hələ tezdir. Komitə sədri diqqətə çatdırıb ki, payız aylarından etibarən hava-damcı yolu ilə yayılan virus infeksiyaları artır. Bu baxımdan xüsusi karantin rejiminin ləğvinə tələsməməliyik.

“Biz koronovirusun özünü necə aparacağını bilmirik. Bu templə davam edərsə, karantin rejimini daha da yüngülləşdirmək, hətta ləğv etmək olar. Amma əsas qərarı Operativ Qərargah verə bilər.

Hesab edirəm ki, indiki karantin rejimi çox yüngüldür. Artıq demək olar ki, bütün növ qapanmalar geridə qalıb. Arzu edək ki, bundan sonra yeni dalğa gəlməsin, yeni bir virus da ortaya çıxmasın. Hesab edirəm ki, bu templə getsək, oktyabr ayında artımlar olmasa, biz karantin rejimindən çıxa bilərik.

Mənə elə gəlir ki, maska taxmağa və vaksinasiyaya davam etməliyik. Bu tədbirlər özümüzü qorumaq üçün lazımdır. Ən azı payız- qış mövsümündə həyat tərzimizə daxil etməliyik”, – deyə Milli Məclisin komitə sədri qeyd edib.