Xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsili dayandırılır, müəllimlərə dərs saatları verilmir – VİDEObackend

Xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsili dayandırılır, müəllimlərə dərs saatları verilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonundakı 268 saylı xüsusi məktəbin müəllimləri, eləcə də bu təhsil müəssisəsinin bəzi şagirdlərinin valideynləri xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə təhsilinin dayandırıldığını bildirirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, illərdir evdə fərdi təhsil verilən həmin uşaqlar indi məktəbdə təhsilə cəlb edilirlər.

Odur ki, bu məsələ valideynlər və müəllimləri narazı salıb.

35 illik təcrübəsi olan Fatmaxanım müəllimə deyir ki, bu uşaqların fərdi təhsilə ehtiyacı var, çünki bir sinif dolusu şagirdlə məşğul olan müəllim xüsusi qayğıya ehtiyacı olan uşağı yetişdirə bilməz.

Samirə Atayeva isə iddia edir ki, övladını müayinə edib evdə təhsildən uzaqlaşdıran komissiya onu rahatlıqda günahlandırıb.

Kəmalə Quliyeva isə deyir ki, övladı özünü idarə edə, təbii ehtiyaclarını qarşılaya bilmir. Onun sözlərinə görə, 11 yaşlı qızı əvvəlcə normal məktəbdə təhsil alsa da, daha sonra ona autizm sindromu qoyulub.

İlahə Əsədova isə 20 ilin müəlliməsidir. Sertifikasiyadan da yüksək bal toplayıb. O isə ingilis və fransız dillərini tədris edən müəllimlərə dərs saatlarının verilməməsindən narazıdır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, diaqnozu “evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları”nda qeyd edilmiş sağlamlıq imkanları məhdud uşaqların evdə təhsilə cəlb edilməsi davam edir. Yalnız uşağın sağlamlığında olan məhdudiyyət xəstəliklər siyahısındakı diaqnoza uyğun gəldikdə bu qərar qəbul edilir. Digər hallarda uşaqlar xüsusi, inteqrasiyalı, inklüziv və ya ümumi təhsil müəssisəslərində təhsilə cəlb edilirlər: “Valideynlərə bildiririk ki, psixoloji-tibbi-pedaqoji komissiyanın qərarları uşaqların fərdi inkişafının dəstəklənməsinə, tədris prosesində fasiləsiz iştirakına və onların sosial inteqrasiyasının təmin olunmasına xidmət edir”.

Agentlikdən o da qeyd edildi ki, yeni tədris ilindən evdə təhsilə cəlb olunmuş uşaqların sayının azalması səbəbindən bəzi müəllimlərin dərs saatlarında azalma olub. Yerli təhsili idarəetmə orqanları müəllimlərin əlavə dərs saatları ilə təmin edilməsi istiqamətində işlər aparırlar və qısa müddətdə bu çətinliklər aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.