Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Məlumata görə, onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, daha öncə əməkdar artistdə xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.