Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.
O bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb:
“Bu da aylıq normanın 81%-ni təşkil edir. Yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”.