Yalançı Artsrunun ürəyi yenə DÖZMƏDİbackend

Yalançı Artsrunun ürəyi yenə DÖZMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyanın növbəti dəfə səhhəti pisləşib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun yaxınlarından biri erməni mətbuatına açıqlamasında deyib.

“Ürəyində problemlər yarandı. Hazırda vəziyyəti stabildir, həkim nəzarətində qalır”, – məlumatda bildirilib.

Qeyd edək ki, Artsrun Ovannisyan Vətən müharibəsi zamanı Ermənistan ordusunun məğlubiyyətlərinin üstünü ört-basdır etmək və erməni ictimaiyyətinə cəbhədən yalan xəbərlər sırımaqla məşğul idi. Ermənistanın kapitulyasiyaya imza atmasından sonra Ovannisyanın halı kəskin pisləşmiş, hətta onun infarkt olduğu bildirilmişdi. Özünə gəldikdən sonra isə kapitulyasiyanı şərh edərək yazmışdı: “Kaş ki, mən ayılmazdım”.
Axar.az