Yalçın Rzazadənin məzar daşı niyə qoyulmayıb? – Oğlu açıqladıbackend

Yalçın Rzazadənin məzar daşı niyə qoyulmayıb? – Oğlu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Roza Zərgərli mərhum Xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanmadığını açıqlayıb. O, “Tam vaxtıdır” verilişində bildirib ki, ailəsinin məzar daşını düzəltdirməyə maddi imkanı çatmır.

Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Rzazadə ilə əlaqə saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, o, teleqraf.com-a açıqlamasında bu haqda danışmaq istəmədiyini deyib:

“Bu barədə açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, sadə məzar daşı düzəltdirmək çox asandır. Amma Yalçın Rzazadə sadə insan olmayıb. Atam Azərbaycan estrada sənətinə bir yenilik gətirib”.

Qeyd edək ki, Yalçın Rzazadə fevralın 22-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Lənkəran rayonunun, Liman şəhər qəbiristanlığında dəfn olunub.