Yanacağın bahalaşması fonunda hansı avtomobillərin qiyməti arta bilər? – VİDEObackend

Yanacağın bahalaşması fonunda hansı avtomobillərin qiyməti arta bilər? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki növ yanacağın bahalaşmasının fonunda bəzi avtomobillərin qiyməti də arta bilər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Aİ-92 markalı benzinin və dizelin qiymətindəki artım avtomobil alıcılarını daha qənaətcil seçimlərə yönəldəcək.

Ekspert deyir ki, xüsusən hibrid və plug-in hibrid avtomobillərə marağın artması qaçılmazdır.

O, hesab edir ki, növbəti ilin ilk aylarında yanacaq sərfiyyatı az olan avtomobillərdə 5-10 faiz civarında qiymət artımı olacaq. Təxminən 2700-2800 min manatlıq Çin istehsalı olan avtomobillərdə 2500-3000 manat bahalaşma qaçılmazdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.