Yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanıldıbackend

Yanacaqdoldurma məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yanğını törətməkdə şübhəli bilinən Bayram Rafiq oğlu Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsin yanacaqdoldurma məntəqəsinin sahibi Xəqani Rəhim oğlu Vəliyevin qardaşı oğlu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.