Yanğında FHN-in 2 əməkdaşı xəsarət aldıbackend

Yanğında FHN-in 2 əməkdaşı xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sexdə baş verən güclü yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı yüngül xəsarət alıb.

NOCOMMENT xəbər verir ki, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.