Yanğınsöndürənlə tanış olmaq üçün yanğın törətdibackend

Yanğınsöndürənlə tanış olmaq üçün yanğın törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tripolidə (Yunanıstan) 44 yaşlı qadına 36 ay həbs və 1000 avro cərimə kəsilib. Qadın qəsdən və dəfələrlə yanğın törətdiyi üçün həbs edilib.

 

NOCOMMENT.az bildirir ki, bir qadının təhlükəli hobbisi iki meşə yanğınına səbəb olub. Belə ki, Yunanıstanda yanğınsöndürənlər son zamanlar baş verən meşə yanğınlarının qəsdən olmasından şübhələniblər.

Yerli yanğınsöndürmə idarəsi açıqlamasında bildirib ki, yanğınların səbəbkarı Tripoli Polis İdarəsinin müstəntiqləri tərəfindən həbs edilib. Qadının Yunanıstan vətəndaşı olduğu və qəsdən meşə yandırılmasına görə məsuliyyət daşıdığı qeyd edilir.

 

Sonradan məlum olub ki, o, yanğını söndürməyə gələcəj yanğınsöndürənlərlə tanış olmaq ümidi ilə törədib. O, daim uniformalı kişi ilə tanış olmaq istəyib. Şübhəlinin Tripolidəki son iki yanğın yerində iştirak etməsi yanğınsöndürmə xidmətində şübhələr yaradıb.

 

Qeyd edək ki, bu yanğınlar nəticəsində xilasedicilər operativ şəkildə müdaxilə etdiyindən yalnız kiçik ərazilərə ziyan dəyib.