Yanlış diaqnoz qoyan həkimləri hansı CƏZA gözləyir?backend

Yanlış diaqnoz qoyan həkimləri hansı CƏZA gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanlış diaqnoz, yanlış müalicə və yanlış dərman preparatlarının istifadəsi deməkdir. Xəstənin özündə olan həqiqi xəstəliyin əlamətlərinə düzgün qiymət verilməməsi qoyulmayan və ya qaçırılmış diaqnoz kimi də nəzərə alınır.

Son günlər bəzi həkimlərin tibbi səhvlərə yol verdikləri barədə kifayət qədər məlumatlara rast gəlinir. Xüsusilə xəstələrə yalnış diaqnozların qoyulması ilə bağlı olaylar ölkə gündəmini zəbt etməyə başlayıb. Bu, bütün dünyada analoji hal hesab olunsa da, tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin şikəst, yaxud ölümü ilə nəticələnə bilir. Bu günlərdə tanınmış blogerin diş müalicəsi zamanı yanlış diaqnozun qurbanı olması kimi…

Maraqlıdır, xəstəyə yalnış diaqnoz qoyan həkim hüquqi məsuliyyətə cəlb oluna bilərmi? Aldadılmış pasiyentlər bu halda hüquqlarını necə müdafiə etsinlər?

NOCOMMENT.az xəbər verir ki, hüquqşünas Pərviz Hacıyev Bizim.Media-ya bildirib ki, həkimin xəstəyə düzgün diaqnoz qoymaması onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər:

“Ümumiyyətlə, Cinayət Məcəlləsində həkimləri məsuliyyətə cəlb edəcək iki maddə nəzərdə tutulub. Onlardan biri 142-ci maddədir ki, adı “təhlükədəqoyma”dır. Yəni xəstəni gətirirlər, həkim ona baxmır, ilkin tibbi yardım göstərmir, başqa xəstəxanaya yönləndirir və nəticədə ölüm baş verirsə, həmin şəxslər cəzalandırılırlar. İkinci maddə isə 314-cü maddədir.

Cinayət Məcəlləsinin 314-cü maddəsində vəzifəli şəxin öz işinə vicdansız və laqeyd yanaşması nəticəsində, dövlətin, cəmiyyətin və vətəndaşların hüquq və mənafelərinə əhəmiyyətli zərər vurularsa, 1500 manatdan 3 min manata qədər cərimə, 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sadalananlar ağır nəticələrə səbəb olduqda, yəni bura xəstənin ölümü də aiddir, 2 ildən 5 ilə və ya 6 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”.