Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 748 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,7 %-i Rusiya, 16,2 %-i Türkiyə, 9,2 %-i Hindistan, 8,1 %-i İran, 4,4 %-i Səudiyyə Ərəbistanı, 4,0 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 2,8 %-i Pakistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7 %-i Özbəkistan, 1,5 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail, Türkmənistan və Oman, 1 %-i Belarus, 10,9 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan – 2,2 dəfə, Çindən – 2,0 dəfə, İspaniyadan – 1,8 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Filippindən – 1,6 dəfə, Qazaxıstandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, İordaniyadan – 1,5 dəfə, Omandan – 49,6 faiz, İrandan – 42,1 faiz, İtaliyadan – 35,0 faiz, Polşadan – 33,7 faiz, Səudiyyə Ərəbistanından – 31,4 faiz, Türkmənistandan – 30,3 faiz, Yəməndən – 28,1 faiz, Misirdən – 26,7 faiz, Küveytdən – 23,8 faiz, ABŞ-dan – 21,6 faiz, Özbəkistandan – 20,9 faiz, Ukraynadan – 18,9 faiz, Türkiyədən – 18,8 faiz, Almaniyadan – 18,6 faiz, Rusiyadan – 17,7 faiz, Fransadan – 12,6 faiz, Gürcüstandan – 10,9 faiz, Moldovadan – 10,9 faiz, Tacikistandan – 10,8 faiz, Bəhreyndən – 10,5 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 10,1 % artıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 % artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 % artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,2 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.