Yanvarın 1-dən bu telefonlarda İŞLƏMƏYƏCƏKbackend

Yanvarın 1-dən bu telefonlarda İŞLƏMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən geniş istifadə olunan mesajlaşma tətbiqi “WhatsApp” gələn ilin yanvarın 1-dən etibarən bəzi köhnə cihazlarda dəstəyini dayandıracaq.

NOCOMMENT.az Webtekno-ya istinadən xəbər verir ki, “WhatsApp” artıq iOS 15.1 və aşağı versiyaları dəstəkləməyəcək.

Bu səbəbdən, iOS 15.1-ə qədər yenilənə bilməyən cihazlarda — o cümlədən iPhone 6 kimi çox sayda köhnə modeldə tətbiq işləməyəcək.

Bu qərar, WhatsApp-ın yeni xüsusiyyətlər və təhlükəsizlik standartlarını təmin etmək üçün daha yeni əməliyyat sistemlərinə ehtiyac duyması ilə əlaqədardır. Köhnə modellər bu tələbləri qarşılaya bilmədiyi üçün dəstək dayandırılır.