YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçilib – FOTO – Yenilənibbackend

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçilib – FOTO – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.

YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən Tahir Budaqov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya yeni inkişaf mərhələsini yaşayır.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğrultmaq üçün səylə çalışacağını vurğulayıb.

İclasda, həmçinin Milli Məclisin deputatları Aydın Hüseynov, Ramin Məmmədov və Cəbi Quliyev çxış ediblər.

*16:47

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib. 

NOCOMMENT xəbər verir ki, bu barədə report-a YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Bəxtiyar İslamov

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib: “Həmçinin Biriliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib”.

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir.

İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.