Yaponiya 22 Rusiya və 31 xarici təşkilata qarşı sanksiya tətbiq edibbackend

Yaponiya 22 Rusiya və 31 xarici təşkilata qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya ixrac məhdudiyyətləri siyahısını genişləndirərək, Rusiyadan 22 təşkilatı və anti-Rusiya sanksiyalarından yayınmaqda şübhəli bilinən digər ölkələrdən 31 təşkilatı əlavə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya şirkətləri arasında siyahıya OOO “Novelko”, AO “Proton”, Leninqrad Lazer Sistemləri və başqaları daxildir.

Məhdudiyyətlər tətbiq edilən üçüncü ölkələrdən olan təşkilatların siyahısına BƏƏ-dən 1, Çindən 18 şirkət, eləcə də Qazaxıstan, Qırğızıstan, Tailand və Türkiyədən olan təşkilatlar daxildir.

Sanksiya siyahısının genişləndirilməsini yanvarın 10-da ölkənin Ticarət Nazirliyi elan edib. Eyni zamanda, yeni məhdudiyyətlərin 335 növ mallara şamil ediləcəyi açıqlanıb. Xüsusilə, mühərriklər və xüsusi avtomobillər üçün ehtiyat hissələri, kiçik motosikletlər, səs avadanlıqları və CAD proqramları daxildir. İxrac məhdudiyyətlərinin yanvarın 23-dən qüvvəyə minəcəyi gözlənilir.